Türkiyə

Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutuldu

30 May 2019 19:12
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb.

Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub.

Daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.