Türkiyə

Türkiyədə 53 nəfərin qatilinə hökm oxundu

13 May 2019 20:29
1 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2013-cü ildə Türkiyənin Reyhanlı şəhərində 53 nəfərin ölümü ilə nəticələnən teraktın təşkilatçılarından biri olan Yusuf Nazikə hökm oxunub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ankara 9-cu Ağır Cəza Məhkəməsinin qərarına əsasən o, 53 il müddətinə azadlıqdan məhrum edilib.

Y. Nazik hadisədən sonra bir neçə il Suriyada gizlənib. O, 2018-ci ilin sentyabrında Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları tərəfindən saxlanılaraq Ankaraya gətirilib.

Xatırladaq ki, "Reyhanlı" terror aktı nəticəsində 5-i uşaq olmaqla 53 nəfər ölüb, 155 nəfər xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.