Türkiyə

İmamoğlunun gəlişi ilə İstanbulda nələr dəyişəcək?

18 Aprel 2019 18:14
0 Şərh     Baxış: 1 273

CHP namizədi Əkrəm İmamoğlunun İstanbul bələdiyyəsi kimi təsdiqələnməsi Türkiyədə ciddi bir dəyişikliyə səbəb olmayacaq.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında professor Toğrul İsmayıl ötən gün İmamoğluna bələdiyyə sədri vəsiqəsinin təqdim edilməsi barədə danışarkən deyib. O bildirib ki, bundan sonra İmamoğlu qanun çərçivəsində vəzifəsini yerinə yetirəcək:

"İstanbulda seçkinin yenidən keçiriləcəyini daha çox təcrübəsiz insanlar deyirdi. Seçkidən sonra narazılıq olduğuna görə AKP müraciət etmişdi. Bütün bunlara baxmayaraq, seçki nəticələrinin hesablanması qanuni dövr üzrə davam etdi və proses yekunlaşdı. CHP namizədi az fərqlə seçkini qazanmış oldu. Seçkilərin yenidən keçirilməsi məsələsi isə gündəmdə qalır. Məsələyə bu nöqtədən yanaşmaq lazımdır ki, bu, demokratik bir prosesdir. Səsvermənin nəticələri arasındakı fərq o qədər azdır ki, istənilən partiya müraciət edərək sona qədər mübarizə apara bilər. Bələdiyyə sədrini təsdiq edən sənəd ötən gün CHP namizədi Əkrəm İmamoğluna təqdim edildi. Bunu da unutmamaq lazımdır ki, İmamoğlu sadəcə bələdiyyə sədri seçilib.

İstanbul bələdiyyə məclisinin bir çox üzvü AKP və MHP-çidir. Yəni dolayısı ilə İmamoğlu bu məsələdə onlarla istişari, digər məsələlərdə qanun çərçivəsində hərəkət edəcək. Başqa cür də ola bilməz. Hər şey Türkiyə qanunları çərçivəsində millətin və dövlətin xeyrinə davam edəcək.

Cümhur İttifaqının fikrinə görə, seçkilərdə ciddi xətalar olub. Bunu demək də onların qanuni haqlarıdır. Yəni burada hər hansı bir sensasion məqam yoxdur. Sadəcə, bu məsələlər Azərbaycan vətəndaşını müəyyən qədər təəccübləndirir".

T.İsmayılın sözlərinə görə, AKP-nin İstanbul məğlubiyyətinin əsas səbəbi namizəd seçiminin doğru olmaması ilə bağlıdır:

"Təsəvvür edin ki, Türkiyə kimi ölkədə kommunist bələdiyyə sədri var. Bu cür rəngarənglik başqa heç bir ölkədə yoxdur. Yəni siyasi partiyasından, əqidəsindən və ya partiyasızlığından asılı olmayaraq, insanlar namizədlərə səs verirlər. Burada əsas məsələ namizədlərin doğru qoyulmasıdır. Əvvəllər AKP müxalifətin səhvlərindən istifadə edərək qazanırdı. Bu dəfə müxalifət namizədləri daha uyğun və doğru oldu. İqtidar namizədləri yanlış seçim idi. Nəticənin belə olacağı da əvvəldən bəlli idi.

Ümumilikdə götürdükdə isə Cümhur İttifaqı səslərin 52 faizindən çoxunu toplayıb. Bu da hələ də Türkiyədə AKP-nin, xüsusilə də Ərdoğanın rolunun nə qədər güclü olduğunu göstərir. Unutmamaq lazımdır ki, Türkiyə prezident idarə üsuluna keçib və yeni mərhələdədir. Bu mərhələdə də bir çox məsələləri prezident həll edir".

Professor İstanbulda seçkilərin yenidən keçirilməsinin Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edə biləcəyini söyləyib:

"Türkiyədə seçkinin nəticələrinin ləğv edilib, yenidən keçirilməsi Türkiyə iqtisadiyyatına ciddi zərbə vura bilər. Gördüyünüz kimi, nəticələr elan olunan kimi Türkiyə birjası artdı, dollar gerilədi. Yəni iqtisadiyyatda müəyyən qədər sabitlik yarandı. İqtidar da bütün bunların hamısını gözəl şəkildə hesablayıb və izləyir. Yəni Türkiyədə bu məsələlər göründüyü qədər bəsit deyil.

İmamoğlunun bələdiyyə sədri seçilməsi İstanbulda yol infrastrukturu, su sistemi və s. kimi məsələlərin həllinə müəyyən qədər təsir edə bilər. Amma ümumilikdə hansısa böyük bir dəyişiklik olmayacaq. Sadəcə burada psixoloji bir məqam var ki, 25 ildən sonra ilk dəfə müxalifətin namizədləri Ankara və 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.