Türkiyə

Tanınmış aktyor ata oldu - FOTO

12 Aprel 2019 20:36
0 Şərh     Baxış: 835

Türkiyənin tanınmış aktyoru Buğra Gülsoy ata olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki Buğra hazırda "Kızım" serialında Demir obrazını canlandırır. Aktyor uzun müddət sevgili olduğu Nilüfər Gürbüz ilə ötən il ailə qurmuşdu. Cütlüyün oğul övladı dünyaya gəlib.

Buğra 1982-ci ilin 22 fevral tarixində Ankarada anadan olub. Orta təhsili Ankarada başa vurub. İlk dəfə səhnəyə 13 yaşı olanda çıxıb. Doğu Akdeniz universitetinin memarlıq fakültəsi məzunudur. Kiprdə bir sıra teatr səhnələrində çıxış edib. Bir çox film və seriallara çəkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.