Türkiyə

Ərdoğan təslim olmaq istəmir, İstanbulda yeni seçkilər tələbi

9 Aprel 2019 20:49
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda Bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən bildirib.

Yavuz eyni zamanda qeyd edib ki, İstanbulda araşdırılan 13 rayonda 5 min şəxsin adı seçki siyahısından kənarda olub.

Hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayan Yavuz qeyd edib: "Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrini çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik".

Yavuz, bir jurnalistin "Yüksək Seçki Quruluşunun (YSK) seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə nə edəcəksiniz" sualına cavab olaraq qurumun qərarına hörmətlə yanaşacaqlarını bildirib: "Amma şübhə ortadan qalxacaq".

İstanbulda seçkilərin ləğv olunacağı təqdirdə YSK yenidən seçkilərin hansı tarixdə keçiriləcəyini də açıqlayıb. Belə ki, qurumun 29 mart "Resmi Gazete"də yayımlanan qərarında təkrar seçkilərin 2 iyun tarixində keçiriləcək.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cumhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib.

O qeyd edib ki, Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir: "AKP və Cumhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə bu ana qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.