Türkiyə

Millət vəkilinin yarım milyonluq saatı oğurlandı

26 Mart 2019 09:14
0 Şərh     Baxış: 3 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AKP-nin Sakarya millət vəkili Kənan Sofuoğlunun 560 min lirə dəyərində saatı oğurlanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili İnstaqram hesabında yazıb.

Sofuoğlu etdiyi paylaşımda dünyada cəmi 100 ədəd olan bahalı saatın tapılması üçün "Hublot" firmasından kömək istəyib.

"Oğurlandı! Bu "Hublot" xüsusi istehsaldır. Dünyada cəmi 100 ədəd var və bu da biridir. "Hublot Turkey" mənim üçün xüsusi istehsal etmişdi, ancaq ötən həftə Banqkok hava limanında oğurlandı. Ümid edirəm "Hublot" mənə saatı tapmaqda kömək edər", - Sofuoğlu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.