Türkiyə

Müğənni ondan ev, maşın istəyən qardaşını polisə verdi

23 Mart 2019 14:49
0 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Bülent Serttaş qardaşı barədə polisə şikayət ərizəsi yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin 10 ildir görüşmədiyi qardaşı Ahmet Serttaş canlı yayıma çıxaraq onu şantaj edib. Bildirib ki, qardaşı illər əvvəl ona ev, maşın alacağını vəd etsə də, buna əməl etməyib.

"Mənim pul-parada gözüm yoxdur. Mənə ev, maşın alıb, restoran açacaqdın. Bülənt, vədlərini yerinə yetir. Yoxsa yenə canlı efirə çıxıb əlimdəki "bomba"nı partladacam. Bir söz vermisən və buna əməl et" - deyə Ahmet söyləyib. Bu hadisədən sonra Bülənt polisə şikayət edərək qardaşının onu şantaj etdiyini bildirib və qorunmasını tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.