Türkiyə

Bakıda tutulan İbrahim Eker: Fətullah Gülən tam bir terrorçudur...

5 Fevral 2019 19:44
2 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Bakıda tutulan və Türkiyəyə təhvil verilən fətullahçı, "Zaman" qəzetinin Bakı mətbəəsinin rəhbəri olmuş İbrahim Ekerin barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Eker məhkəmədən həbsxanaya göndərilib. Onun məhkəmədə dindirmə zamanı verdiyi ifadənin bəzi detalları məlum olub.

Eker Türkiyədə silahlı terror təşkilatı kimi tanınan Fətullah Gülən təriqətini "camaat" olaraq tərif edib. Habelə bu təriqətin tərəfdarı olduğunu təsdiqləyib. Bununla belə ailəsinin Azərbaycanda "zərərçəkən durumunda olduğunu" deyib. Habelə Fətullah Gülən barədə suala "onu tam olaraq bir terrorçu kimi qəbul edirəm" cavabını verib.

Xatırladaq ki, ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində Azərbaycandan FETÖ-nün "lider statusundakı şəxsinin" təhvil verildiyini bildirib. "Sağ olsun qardaşım İlham Əliyev, həmin çox-çox önəmli şəxsi bizə təhvil verdi"-Ərdoğan deyib. Türkiyə prezidentinin İbrahim Ekeri nəzərdə tutduğu təxmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.