Türkiyə

Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində

10 Yanvar 2019 15:17
0 Şərh     Baxış: 1 406

Türkiyə Silahlı Qüvvələri dənizlərdə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Türk donanmasının indiyə qədər görünməmiş ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib.

Yunanıstan və Cənubi Kipr rəhbərliyinin işğal cəhdlərinə qarşı Türkiyənin müdafiə naziri Hulusi Akar bu ölkənin dəniz sularını "462 min kilometrlik mavi vətən" adlandırmışdı. "Mavi Vətən" təlimi 27 fevral - 3 mart tarixlərində keçiriləcək.

Təlimlərə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələrindən başqa, Hava və Quru qoşunlarının bəzi bölmələri də cəlb olunacaq. Təlimlər Egey və Aralıq dənizlərinin şərq sahilində, Yunanıstan və Kipr rəhbərliyinin sözdə "mübahisəli" kimi göstərdiyi ərazilər də daxil olmaqla, Türkiyə sahillərində keçiriləcək.

"Mavi Vətən", həmçinin uzun müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr rəhbərliyinə "əzələ nümayişi" anlamı da daşıyır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.