Türkiyə

Xristian futbolçunun başdaşına “Ruhuna fatihə” yazdılar - FOTO

9 Yanvar 2019 20:14
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə ay əvvəl Türkiyənin Dənizli şəhərinin həvəskarlar liqasında keçirilən oyun zamanı həyatını itirən "Sarayköyspor"un nigeriyalı futbolçusu Ekundayo Ebenezer Mavoyekanın dəfni ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, mərhum futbolçu, ailəsinin istəyi ilə qeyri-müsəlman qəbiristanlığında, xristian adət-ənənələri ilə dəfn olunub. Amma dəfni həyata keçirən Dənizli bələdiyyəsinə bağlı qurum olan Qəbiristanlıqlar müdirliyinin işçiləri məzarın başındakı taxtaya "Ruhuna fatihə" yazaraq, böyük qalmaqala imza atıblar.

Onların niyə belə yazdığı məlum deyil. Qurumun üzvləri isə bu barədə açıqlama verməkdən imtina ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.