Türkiyə

Gerisayım başladı: PKK-nın sərhəd xəttindəki bütün mövqeləri darmadağın ediləcək

14 Dekabr 2018 20:34
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir

Milli.Az Sputnik Azərbaycana-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, əməliyyat üçün geri sayım başlasa da, dəqiq tarix açıqlanmır.

Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn ve Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.

Əməliyyatın dəqiqləşməsi PKK/PYD cəbhəsində həyəcana səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Əməliyyat başlayır" mesajından sonra hərəkətə keçən PKK və onu dəstəkləyən qüvvələr bir sıra görüşlər keçirib.

Həmin görüşlərdə "Türkiyədən əvvəl biz hücuma keçək" çağırışı edilib. Bölgə əhalisini də təzyiq altında saxlayan PKK onlara "Uşaqlarınızı Azad Suriya Ordusundan dərhal çıxarın" hədə-qorxusu gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.