Türkiyə

Türkiyədə telefonlara şok mesaj gəldi: Yaşasın PKK!

16 Avqust 2018 13:20
1 Şərh     Baxış: 2 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK-nın 15 avqustda həyata keçirdiyi ilk hücumun ildönümü səbəbi ilə terrorçuların haker qrupu ictimai xətlərdən birini ələ keçirərək, vətəndaşların mobil telefonlarına mesaj göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Mersin 153" adlı xətdən göndərilən mesajlarda terror qruplaşmasının təxribat xarakterli ifadələri yer alıb:

"Komandirimiz Agitlə başlayan 15 avqust diriliş bayramımız qurtuluş və zəfər bayramına çevriləcək. Bu gün Kürdüstanda Agitləşən milyonlar böyük intiqam alacaq. Rədd olsun faşizm, yaşasın 15 avqust ruhu, yaşasın öndər APO, yaşasın PKK".

Faktla bağlı araşdırma başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.