Türkiyə

Yunan nazirdən Türkiyə açıqlaması: Başqa bir dönəmin başlaması demək olacaq

15 Avqust 2018 11:10
Baxış: 2 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki yunan hərbi qulluqçunun həbsdən azad edilməsi türk-yunan münasibətlərini yaxşılaşdıracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Yunanıstanın Müdafiə naziri Panos Kammenos deyib.

Nazirin sözlərinə görə, yunan xalqı əsgərlərin saxlandığı dövrdə əsl həmrəylik və vətənpərvərlik nümayiş etdirib:

"Baş nazir, hökumət və yunan xalqı adından onları vətəndə qarşılayırıq. Ümid edirəm ki, bu əhəmiyyətli gündə onların azad edilməsi, Yunanıstan-Türkiyə əlaqələri üçün başqa bir dönəmin başlaması demək olacaq. Biz hər iki xalqın rifahı üçün sülh şəraitində yaşaya bilərik. Biz beynəlxalq hüquq və razılaşmalara hörmət edərək yaşaya, gələcəyi və ölkələrimizin sabahını qura bilərik", - Kammenos bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə tərəfi Ədirnə şəhərində həbs edilən iki yunan əsgəri azadlığa buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.