Türkiyə

Azərbaycanlı gənc Türkiyədə motosikletlə qəzaya düşərək öldü

15 Avqust 2018 09:38
Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı yeniyetmə Türkiyənin İzmir şəhərində motosikletlə qəzaya düşərək dünyasın dəyişib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İzmirin Bergama əyalətinə ailəsi ilə birlikdə qonaq gələn 16 yaşlı Nail Quliyev 35 VTL 59 nömrəli "Yamaha" markalı motosikleti yüksək sürətdə idarə edərkən aşırıb. 

O, hadisə yerindəcə dünyasın dəyişib. Polis qəza ilə əlaqədar istintaqa başlayıb.

Qeyd edək ki, hadisə avqust ayının 13-də baş verməsinə baxmayaraq, Nail bir gün axtarışlardan sonra qəzaya düşdüyü məlum olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.