Türkiyə

Türkiyədə yenə zəlzələ - Yenə yaralanan var

26 Aprel 2018 17:30
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin qərbindəki Dənizli vilayətində Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Dənizli şəhərindən 19 kilometr şərqdə, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı barədə məlumat verilir.

Hər hansı bir ciddi fəsadın olub-olmaması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, daha öncə aprelin 14-də Türkiyənin Adıyaman vilayətində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində 39 nəfər xəsarət almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.