Türkiyə

Ərdoğan ermənilərə başsağlığı verdi

24 Aprel 2018 16:25
6 Şərh     Baxış: 6 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasında 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərlə bağlı İstanbuldakı Erməni Apostol Kilsəsində təşkil edilən mərasimin iştirakçılarına başsağlığı məktubu göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, R. T. Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini, onların övladlarına və nəvələrinə başsağlığı verib.

Türkiyə prezidenti türk xalqının tarix boyunca ağrı-acıları bir-birindən fərqləndirmədiyini, müqayisə etmədiyinin, bu acıları paylaşdığını qeyd edib: "Bu gün də biz bu mirasımıza sadiq qalaraq qardaşlığı, sülh və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadıqları acıları paylaşmaq türk millətinin vicdan və əxlaqının tələbidir.  İnşallah, qarşıdakı dönəmdə də sizlərin dərdlərinizə ortaq olmağa, problemlərinizin həlli yolunu tapmağa kömək edəcəyik. Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşəri, siyasi və iqtisadi həyatımıza töhfələrini artıracağına inanıram. Sizin bu günə qədər olduğu kimi, bundan sonra da ortaq tariximizi təhrif edərək kin, nifrət və qisasa çağıranlara fürsət verməyəcəyinizə əminəm. Bir daha Birinci Dünya müharibəsi illərində həyatını itirən Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.