Türkiyə

Türkiyədə son beş ildə aviareyslərin təxminən yarısı İstanbulundan icra olunub

22 Aprel 2018 18:24
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə aeroportları tərəfindən son beş ildə icra olunan bütün aviareyslərin təxminən yarısı İstanbulun payına düşür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) hesabatında bildirilir.

Məlumata əsasən, Türkiyədə 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə icra olunan 6,78 milyon aviareysin təxminən 46%-i İstanbulun Atatürk və Sabiha Gökçen hava limanları tərəfindən icra olunub: "2014, 2015, 2016, 2017, 2018-ci illər ərzində İstanbulun iki hava limanı tərəfindən 2,85 milyon aviareys icra olunub".

Hesabatda həmçinin qeyd olunur ki, aviaresylərin 1,94 milyonu Atatürk, 910 mini isə Sabiha Gökçenin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.