Türkiyə

Türkiyə İraqdakı kürd muxtariyyətinə aviauçuşları bərpa etdi

23 Mart 2018 17:24
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti İraqın şimalındakı kürd muxtariyyətinə uçuşların bərpa olunduğunu açıqlayıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu baş nazir Binəli Yıldırım deyib. O bildirib ki, bu gündən etibarən Türkiyə şimali İraqa uçuşlar üçün öz hava məkanını açır. Kürd muxtariyyətinin mərkəzi Ərbil şəhərinə uçuşlar bərpa olunacaq. 

Qeyd edək ki, Türkiyə hökuməti İraqın şimalında keçirilən müstəqillik referendumu ilə əlaqədar yerli kürd administrasiyasına qarşı sanksiyalar tətbiq etmiş və 2017-ci il sentyabrın 29-dan etibarən Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşları dayandırmışdı. Referendum İraq Konstitusiya Məhkəməsi tərəfindən etibarsız sayılıb və heç bir dövlət tərəfindən tanınmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.