Türkiyə

Binəli Yıldırım: ABŞ ağlını başına yığıb bir qərara gəlməlidir

12 Fevral 2018 20:50
1 Şərh     Baxış: 923

ABŞ ağlını başına yığıb bir qərara gəlməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada makedoniyalı həmkarı Zoran Zayevlə birgə mətbuat konfransında deyib.

B.Yıldırım bildirib ki, Türkiyənin regionda həyata keçirdiyi hərbi əməliyyatların məqsədi sadəcə öz vətəndaşlarının deyil, bütün Avropa İttifaqının, Balkan ölkələrinin təhlükəsizliyini təmin etməkdir: "Əgər Türkiyə müvafiq addımlar atmasa, həm qaçqın böhranı, həm də terror dalğası Avropaya böyük ziyan vurar".

O qeyd edib ki, Türkiyənin mövqeyi aydın və dəqiqdir: "Hər hansı terror təşkilatı bizim sərhədlərimizi təhdid edərsə, onların üstünə amansız şəkildə gedəcəyik. 3,5 milyon suriyalı nə üçün bizim ölkəmizdədir? Məqsədimiz Afrin bölgəsini terrorçulardan təmizləmək və həmin ərazilərdə yaşamış insanların torpaqlarına qayıtmasını təmin etməkdir".

ABŞ-ın "Zeytun budağı" hərbi əməliyyatı ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərməsinə münasibət bildirən Baş nazir deyib ki, Türkiyə çirkin sövdələşməyə getməz: "NATO-da müttəfiqimiz olan ABŞ ağlını başına yığıb artıq bir qərara gəlməlidir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 12 Fevral 22:0732

    ))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.