Türkiyə

Arvadını və baldızını öldürən musiqiçinin dili tutuldu - FOTO

13 Oktyabr 2017 10:18
5 Şərh     Baxış: 3 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat yoldaşı və baldızını öldürdükdən sonra intihara cəhd edən Türkiyənin tanınmış musiqiçisi Emre Güvener həbs olunub.

Milli.Az Sabah-a istinadla bildirir ki, cinayət hadisəsi sentyabr ayının 14-də axşam saatlarında İstanbulun Kağıthane səmtində baş verib.

Serial və bəzi filmlər üçün mahnı bəstələyən, "Sor Bana" adlı albom çıxaran musiqiçi dünən axşam yanvar ayında ailə qurub, 6 aydır ayrı yaşadığı həyat yoldaşının evinə gedib. Evdə qadının bacısı da olub.

Onlar arasında mübahisə yaranıb. Mübahisə əsnasında Emre belindəki silahı çıxararaq xanımı Zerrin Demir Güveneri və baldızı Betül Demiri başından tək güllə ilə öldürüb. Musiqiçi daha sonra intihara cəhd edib. Xəstəxanaya çatdırılan Emre müalicə olunub.

Ötən gün özünə gələn musiqiçi artıq danışa bilmir. O, cinayətə görə birbaşa həbsxanaya göndərilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.