Türkiyə

"Xəbərlər mediada yayıldıqdan sonra abort etdirdim"

21 Sentyabr 2017 20:12
0 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Model Ebru Şallının evli sevgilisi Uğur Akılın həyat yoldaşı Gonca Akkuş "Duymayan kalmasın" verilişinə zəng edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Akkuş açıqlamaları ilə hər kəsi təəccübləndirib:

"Mənim maşınımla, sürücümlə alış-verişə çıxır. Mənim üçün "ağlı yerində deyil" deyiblər. İstədikləri xəstəxanaya gedib, yoxlanmağa hazıram. 

Burada tək günahkar ərimdir. Gəlib "Gonca, mən sevirəm" desəydi, qəbul edərdim. Yaxın günlərdə boşanmaq üçün məhkəməyə gedəcəyik. Mənim adımı qısqanc qoymuşdu. İndi xəyanət xəbərləri var. 

İllərcə qurduğum evin başında oturdu. Onların eyni evdə yaşadıqlarını düşünmək məni məhv edir.
 
Ebru Şallıyla tanış olandan sonra məndən üçüncü uşaq istədi. Hamilə qaldım, amma xəbərləri mediada yayıldıqdan sonra abort etdirdim. 

Ərim bir gün mənə yazdı ki, Ebru Şallının fotoları yayılıb. Saytlarda tapa bilmədim. Ərim mənə sonra şəkilləri göndərdi. Daha sonra fotolar yayıldı. Ebru üçün pis oldum. Ərimə "Övladların var, bunu sən etmisənsə, cəzasını çəkəcəksən" dedim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.