Ankarada qəzaya uğrayan təyyarə ilə bağlı yeni detal - Qəzadan əvvəl son mesaj... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ankarada Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon-50 tipli özəl təyyarənin qəzaya uğraması ilə bağlı aparılan istintaqda pilotla idarəetmə qülləsi arasındakı təcili rabitənin təfərrüatları üzə çıxıb.
Milli.Az xəbər verir ki, məlumata görə, pilot əlaqə kəsilməzdən əvvəl son dəfə "Nasazlıq çox ciddidir" sözlərini deyib.
Malta Mülki Aviasiyasında qeydiyyatda olan və "9H-DFS" quyruq nömrəsi daşıyan təyyarə 25 dekabr axşamı saat 20:17-də Ankara Esenboğa Hava Limanından havaya qalxaraq Tripoliyə yollanıb. Uçuşdan 14 dəqiqə sonra, saat 20:31-də pilot idarəetmə qülləsi ilə əlaqə saxlayaraq aviasiyada təcili çağırış siqnalı sayılan "PAN-PAN" elan edib və təcili eniş tələbini bildirib.
Pilot saat 20:33-də ən yüksək riskli fövqəladə vəziyyət kodu hesab edilən 7700 kodunu aktivləşdirib, 20:35-də isə yenidən "PAN-PAN" çağırışı edib. Saat 20:36-da pilotun səsinin çətinliklə eşidildiyi, radar məlumatlarının isə qismən itirildiyi qeyd olunub. 20:38-də təyyarə ilə əlaqə tamamilə kəsilib.
Səlahiyyətli qurumların məlumatına görə, pilot təcili eniş icazəsi aldıqdan sonra marşrutu Esenboğa Hava Limanına dəyişib. Bu müddətdə Ankara hava məkanı müvəqqəti olaraq bağlanıb və eniş zolağı təyyarənin qəbulu üçün hazırlanıb. Lakin təyyarə Ankaranın Haymana bölgəsində qəzaya uğrayıb.
İlkin ehtimallara görə, təyyarə təxminən 7 dəqiqə daha havada qala bilsəydi, Esenboğaya enə bilərdi. Hadisə yerində aparılan ilkin araşdırmalar pilotun kömək istədikdən sonra təyyarəni yaşayış olmayan əraziyə endirməyə çalışdığını, lakin bu cəhd zamanı təyyarənin qəzaya uğrayaraq partladığını göstərir. Qəza yerində iri kraterin əmələ gəldiyi bildirilir.
İstintaq çərçivəsində təyyarənin nasazlığı Konya vilayətinin Kulu rayonu üzərində hiss etməsinə baxmayaraq, daha yaxın olan Konya hava limanına deyil, Ankaraya qayıtma qərarının səbəbləri də araşdırılır. Təhlükəsizlik mənbələri bildirir ki, təyyarələr adətən qalxdıqları hava limanına qayıtmağa üstünlük verirlər və Esenboğa Hava Limanının texniki imkanlarının Konya və Adanaya nisbətən daha geniş olması bu qərarda rol oynayıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin tapıntılar texniki nasazlıq ehtimalını ön plana çıxarır. Xüsusilə elektrik sistemində yaranan problem və təyyarənin sabitliyini təmin edən giroskop sisteminin nasazlığı ehtimalı araşdırılır. Mütəxəssislər qeyd edirlər ki, giroskop nasazlığı istiqamət, mövqe və dönüş göstəricilərinin yanlış işləməsinə, bu isə xüsusən gecə və məhdud görünüş şəraitində pilotajın çətinləşməsinə səbəb ola bilər.
İstintaq çərçivəsində həmçinin təyyarənin əvvəlki texniki qeydləri, icarə prosesi, pilotların təcrübəsi və uçuş tarixi də araşdırılır.
Xatırladaq ki, Türkiyəyə rəsmi səfərdən sonra ölkələrinə qayıdan beş nəfərlik Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon 50 tipli biznes təyyarəsi Ankara yaxınlığında radarlardan itib və sonradan qəzaya uğradığı müəyyən edilib. Qəza nəticəsində həyatını itirən şəxslər: Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad, Ordu komandanı, general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesinin rəhbəri, briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab, Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Türkiyədə güclü zəlzələ oldu
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





