Türkiyə

2 yaşlı uşağın başına faciə gəldi – Soyuducunu açdı və... - FOTO

19 İyul 2025 22:02
Baxış: 744
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Bursa şəhərində 2 yaşlı uşaq təsadüfən soyuducuda saxlanılan dərmanları qəbul etdikdən sonra xəstəxanalıq olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Osmanqazi rayonunda baş verib. Valideynlərin diqqətsizliyi nəticəsində azyaşlı uşaq soyuducunun içindəki dərmanlara əl atıb və bir neçə həb qəbul edib. Qısa müddət sonra uşağın halı pisləşib və təcili tibbi yardım çağırılıb.

Təxirəsalınmaz şəkildə xəstəxanaya yerləşdirilən uşağın mədəsinin yuyulduğu və müalicəsinə dərhal başlandığı bildirilib. Hazırda onun vəziyyətinin stabil olduğu qeyd olunur. 

Məsələ ilə bağlı araşdırma aparılır. Həkimlər valideynləri xüsusilə azyaşlı uşaqları olan ailələri dərmanları onların əli çatmayan, təhlükəsiz yerlərdə saxlamağa çağırır. (yenisabah)

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.