Diyarbəkirin Terkan bölgəsində may ayının ortasından etibarən əsrlərdir davam edən qəribə bir ənənə yaşadılır.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, oyunda gənclər bir-birini qamçılayır.
Terkan bölgəsində mayın 15-dən sonuna qədər davam edən bu ənənə festival şəraitində keçirilir. Gənclər ailələri ilə birgə toplanır, iki-iki qarşılaşıb bir-birini qamçılayır. Araya hakimlər girərək mübahisələrin böyüməsinin qarşısını alır.
Sur mahalının Doğanlı məhəlləsinin muxtarı Mehmet Baran bildirib ki, bu 300 illik ənənənin mənşəyi məlum deyil:
"Babalarımıza da soruşmuşuq, onlar da bilmir. Mən artıq bu ənənənin bitməsini istəyirəm" .
Festival iştirakçılarından Mehmet Kılıç isə deyir ki, bu mərasimdə olmaq qürur məsələsidir:
"Stress və həyəcanla heç nə hiss etmirsən, amma sonra bədənində qançırlar və boşluqlar olur. Bəzən qan axır. Mən artıq bir həftə oynaya bilmirəm" .
Sakinlərin bəziləri üçün bu tədbir milli irsin davamı sayılsa da, digərləri onun artıq mənasını itirdiyini düşünür.
Fidan
Milli.Az