Türkiyə

Türkiyədə bələdiyyə sədri saxlanıldı - FOTO

27 Fevral 2025 13:48
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Beykoz bələdiyyə sədri Alaattin Köseler "tender saxtakarlığı" cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, CHP İstanbul İl sədri Özgür Çelik bu barədə məlumat verib.

"Bələdiyyə sədrimiz evinə çoxlu sayda polis tərəfindən basqın edildikdən sonra nəzarətə alındı. Yaşayış yeri bəlli olan, çağırılanda açıqlama verəcək 65 yaşlı bələdiyyə sədrinə bu cür münasibət, zülm zəncirinin son halqasıdır".

Beykoz Respublika Baş Prokurorluğu, aralarında Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler də daxil olmaqla 4 şübhəli haqqında "tenderi saxtalaşdırmaq" ittihamı ilə həbs qərarı çıxarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.