Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən "Teknofest" festivalında iştirak edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Ankara şəhərində baş tutan 5 günlük "Teknofest" Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı "Metatesk", "Ednify", "SmartROW", "Azirrigation" startapları təmsil edib.
Layihələr müvafiq olaraq təhsil ("Metatesk", "Ednify"), rabitə ("SmartRow"), kənd təsərrüfatı ("Azirrigation") sahəsində innovativ həllərin tətbiqinə yönəlib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu startaplara "Teknofest"də iştirakın təmin olunması üçün dəstək göstərib. Bundan əlavə səfər zamanı tədbirdə iştirak edən İRİA nümayəndəsi Mir Kənan Mənsurzadə Azərbaycandan olan startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi ilə bağlı fikir mübadilələri aparıb, müvafiq istiqamətlərdə təkliflər verib. O cümlədən uyğun investisiya imkanları və digər tərəfdaşlıqların əldə olunması üzrə lazımi istiqamətlər verilib.
Stendləri Türkiyənin dövlət qurumlarının əməkdaşları, tanınmış investorlar, biznes analitiklər ziyarət edib.
Ziyarətçilər arasında yer alan "Bayraktar" PUA-nın yaradıcısı və təsisçisi Selçuk Bayraktar "Azirrigation" və "Metatesk"in stendlərinə baş çəkib. Həmçinin, Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek də Azərbaycanın yaratdığı startaplarla tanış olub. Türkiyəli iş adamı Nəcməddin Bilal Ərdoğan "Metatesk"in yaratdığı stendi ziyarət edib.
Festival çərçivəsində bir sıra yerli startap yeni əməkdaşlıq təklifləri alaraq növbəti tarixlərdə görüşlər həyata keçiriblər. Belə ki, "SmartROW" startapının komandası "Tubitak" tərəfindən İzmirdə baş tutacaq növbəti "TEKNOFEST" üçün müvafiq startapın tətbiq olunması üzrə müzakirə görüşünə təklif aldılar.
Qeyd edək ki, "Teknofest" Aviasiya, Kosmik və Texnologiya festivalında İRİA nümayəndəsi müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən "Türk Hava Kurumu Üniversitesi" , "Ankara Üniversitesi" , "Trabzon Üniversitesi", " Gazi Üniversitesi" və bu kimi digər universitetlərlə müxtəlif görüşlər keçirib, potensial əməkdaşlıqları müzakirə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan ABŞ-yə getdi
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





