Türkiyə

Türkiyədə məktəblərdə tətilin vaxtı uzadıldı

9 Fevral 2023 18:28
Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin 81 rayonunda məktəblər 20 fevrala qədər bağlı olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özər məlumat verib.

O, ölkə daxilində məktəblərin fevralın 20-nə qədər təhsili dayandıracağını açıqlayıb.

Bundan öncəki qərara görə, məktəblər fevralın 13-nə qədər bağlanmışdı.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.