Türkiyə

Zəlzələ baş verən bölgələrdəki universitetlərdə dərslər dayandırılıb

6 Fevral 2023 19:42
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə zəlzələ baş verən bölgələrdəki universitetlərdə dərslər dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, təhsil dayandırılan universitetlərin binaları sığınacaq olaraq istifadə ediləcək.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.