Türkiyə

Zəlzələyə görə Azərinin konserti ləğv olundu

6 Fevral 2023 15:16
Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Azərinin bu gün Kahramanmaraşda baş tutmalı olan konserti ləğv olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,bu barədə ifaçı sosial media hesabında məlumat yayıb. O, zəlzələ səbəbi ilə konsertin təxirə salındığını bildirib:

"Zəng edən, maraqlanan dostlar, diqqətinizə görə, təşəkkür edirəm. Bildiyiniz kimi bu gün Kahramanmaraşdakı konsertimiz üçün yola düşəcəkdik. Səhər 04:30-da Ankarada zəlzələni hiss etdikdən sonra Kahramanmaraşa zəng vurduq və təəssüf ki, xəbəri aldıq. Zəlzələ bölgəsindəki insanlarımız üçün dua edirəm. Sizlərdən də dua etməyi xahiş edirəm. Çox kədərliyəm, Allah yardım etsin, başımız sağ olsun".

Qeyd edək ki, son açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb. Bununla yanaşı, 1710 binanın uçduğu, ölü sayının artacağı bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.