Türkiyə

Xain hücumu lənətləyirik - Cahit Bağcı

27 Yanvar 2023 12:09
Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir tvitter hesabında qeyd edib.

"Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara təcili şəfalar diləyirəm", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.