Türkiyə

"Ankara terrorla mübarizə üçün icazə istəməyəcək"

27 Noyabr 2022 09:27
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirmək üçün icazə istəmək fikrində deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu şənbə günü jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Türkiyə Silahlı Qüvvələrinin "Pençe-Kılıç" antiterror əməliyyatına ABŞ-ın reaksiyasını şərh edən İ.Kalın qeyd edib ki, Ankara müttəfiqləri ilə çağırışlar və təhdidlər mövzusunu onların aradan qaldırılması üçün gələcək birgə addımlar atmaq məqsədilə müzakirə etməyə hazırdır.

"Hücum və ya terror aktı da daxil olmaqla təhlükə yarandıqda Türkiyə bütün NATO müttəfiqləri ilə vəziyyəti müzakirə edir. Biz tərəfdaşlardan ortaq addımlar gözləyirik və belə addımlar olmadıqda, artıq Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, problemi öz gücümüzlə həll etməyə hazırıq", - deyə İ.Kalın bildirib.

Türkiyə Prezidentinin mətbuat katibi vurğulayıb ki, Türkiyə ordusunun Suriya və İraqla sərhəddə bütün əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ - red.) əsaslanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.