Türkiyə

Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı - VİDEO

8 Dekabr 2021 18:36
Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin büdcəsinin müzakirələri zamanı deputatlar arasında dava düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Erkan Aydının çıxışı zamanı baş verib.

Çıxışı zamanı daxili işlər naziri Süleyman Soylu onu saxtakar adlandırıb. Yaranan mübahisə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə CHP deputatları arasında yumruq davasına çevrilib.

Münaqişə ilə əlaqədar iclasa fasilə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.