İdman

"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

29 Noyabr 2021 15:42
0 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi.

İttihama görə, Kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub.

F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.