İdman

Daha 2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

27 Oktyabr 2021 23:45
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Milli.Az bildirir ki, mundialın üçüncü günündə rinqə çıxan təmsilçilərimizin hər ikisi qələbə qazanıb.

Boksçumuz Alfonso Dominqes AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibinin asan qələbəsi ilə yekunlaşıb. Tokio-2020-nin də mükafatçısı olan Dominqes rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:26, 30:26) hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

Tayfur Əliyev (60 kq) 1/32 final mərhələsi çərçivəsində Çarles Petit-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 29-da olacaq.

Qeyd edək ki, dünya çempionatının dördüncü günündə daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Yonas Yazeviçiuslə (Litva) gücünü yoxlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.