İdman

Boksçumuz DÇ-də mübarizəni dayandırdı

26 Oktyabr 2021 08:18
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb.

Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.