İdman

“Qarabağ”a ilk məğlubiyyəti “Səbail” yaşatdı, 16 oyunluq seriya qırıldı

25 Oktyabr 2021 23:50
1 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında lider "Qarabağ" "Səbail"in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyun meydan sahiblərinin inamlı və gözlənilməz qələbəsiylə yekunlaşıb.

Turun əvvəlki oyunlarında "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. "Qəbələ" də səfərdə "Keşlə"ni 3:2 hesabıyla üstələyib.

Bu matçda "Qarabağ"ın uğurlu oyunlar seriyasına da son qoyulub. Belə ki, Ağdam klubunun 16 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

Azərbaycan Premyer Liqası
8-ci tur
25 oktyabr

"Səbail" - "Qarabağ" 3:1
Qol: N.Raysel, 32. M.Abbasov, 42. T.Manafov, 90+1 - K.Borges, 65.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov.
Bakı. "ASCO Arena", 19:00.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.