İdman

"Hamı şokda idi: Onlar bizi yerə uzatdı, dubinka ilə döyməyə başladı" - FOTO

26 Oktyabr 2021 00:55
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya çempionatının 12-ci turunda keçirilən "Zenit" - "Spartak" görüşünün fasiləsində insident yaşanıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bir neçə "Spartak" azarkeşi qalmaqal yaratdığı üçün polis müdaxilə etməli olub.

"Spartak" azarkeşləri iddia edirlər ki, polislər onlarla olduqca sərt davranıblar. Moskvalı fanat İvan Fyodorov olayı belə şərh edir:

"Fasilədə stadionun giriş qapısına tərəf hərəkət etdik. Qapılar bağlı idi. Məlum olmayan səbəblərə görə heç kimi çölə buraxmırdılar.

Xeyli insan vardı. Qarışıqlıq başladı. Əvvəlcə bizə stüardlar yaxınlaşdı. Sonra isə çevik polis alayı gəldi. Onlar bizi yerə uzatdılar, dubinka ilə döyməyə başladılar. Hamı şokda idi.

Sonra bizi maşına apardılar. Saatyarım gözlədikdən sonra isə bölməyə apardılar. Orada bizdən izahat aldılar. Bir çoxlarımız xəsarət almışıq".

"Zenit" öz meydanında "Spartak"a qalib gəlib - 7:1.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.