İdman

"Ona çox təəccüblənirəm"

26 Oktyabr 2021 02:15
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin "Əl Sədd" komandasının baş məşqçisi Xavi "Barselona"nın və İspaniya millisinin gənc futbolçusu Qavi haqda danışıb.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, AS nəşrinə açıqlama verən Xavi, 17 yaşlı yarımmüdafiəçinin böyük istedadının olduğunu söyləyib:

"Qavinin böyük istedadı var. 17 yaşı var, amma 30 yaşlı biri kimi oynayır. Çox təəccüblənirəm. O, daha yüksək səviyyədə oynaya biləcəyini indidən göstərir.

Bu, inanılmazdır. Texniki cəhətdən də çox yaxşıdır. Uğurlu olmaq üçün lazım olan fiziki keyfiyyətlərə də sahibdir. Qarşıda böyük gələcəyi var".

Qavi bu mövsüm "Barselona" ilə 10 oyuna çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.