İdman

3 illik müqavilə, yeni transer büdcəsi - Azərbaycana gələn məşqçinin niyyəti

25 Oktyabr 2021 13:36
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayevin Azərbaycanda çalışıb-çalışmayacağı bu gün tamamilə dəqiqləşəcək.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, iki gün öncə Bakıya gələn rusiyalı mütəxəssis "Sabah"ın təmsilçiləri ilə görüşüb, klubun Masazırda yerləşən bazasıyla tanış olub. 

Yaradılan şəraitdən və ümumi məqsədlərdən razı qalan məşqçinin bu gün daha üst səviyyədə qəbul edilməsi nəzərdə tutulur. Burada isə onunla yaxın gələcək konteksində hərtərəfli danışıqlar aparılacaq.

Apreldə sonuncu iş yerindən ayrılan Musayev "Sabah"da uzun müddət qalmaq niyyətindədir. "Pro" kateqoriyalı çalışdırıcı 3 illik (2+1) müqavilə imzalamaq arzusundadır.

Onun digər bir niyyəti qış fasiləsində transfer büdcəsinin ayrılmasına nail olmaq, həmçinin əsas heyətdə düşünmədiyi bəzi legionerləri yola salmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.