İdman

Bu gün Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi olacaq

25 Oktyabr 2021 13:00
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, X tura təsadüf edən matçda "Beşiktaş" "Qalatasaray"ı sınağa çəkəcək.

"Vodofon Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hazırda hər iki komandanın 17 xalı var. "Beşiktaş" 6-cı, "Qalatasaray" 8-ci pillədə qərarlaşıb.

97 illik rəqabətdə 349 matçın 123-nü "sarı-qırmızılar", 112-ni "ağ-qaralar" qazanıb. 114 görüşdə isə heç-heçə qeydə alınıb. Qolların nisbətində də "Cim-Bom"un üstünlüyü var - 487:456.

"Beşiktaş" 2016-cı ildə istifadəyə verilmiş "Vodofon Park"da rəqibinə məğlub olmayıb. Arenadakı ilk derbi 2:2 hesablı heç-heçə ilə yekunlaşıbsa, digərlərində "ağ-qaralar" meydanı 3 xalla tərk edib.

Komandalar arasındakı son 10 oyunda "Beşiktaş" üstünlüyə malikdir. "Qara qartallar" 5 dəfə qələbə qazanıbsa, 3 görüşdə məğlub olub, 2 qarşılaşma bərabəliklə başa çatıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.