İdman

Sənan Qurbanov: “Onun elə səhv edəcəyini gözləmirdik”

25 Oktyabr 2021 03:14
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda "Qəbələ" ilə keçirilən oyun haqda danışarkən deyib.

Bölgə təmsilçisini "ASK Arena"da qəbul edən bakılılar meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: "Rəqibi təhlil etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük. İkinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədik. Bu görüşü təhlil edib, "Zirə" ilə matça hazır olmalıyıq".

Qurbanov qapıçı Stanislav Namaşkonun aşağı səviyyədə çıxış etdiyini söyləyib: "Aşağı səviyyədə oynadı. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik. Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.