İdman

Haland onunla maraqlanan klublara tələbini açıqladı

24 Oktyabr 2021 06:31
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haland onunla maraqlanan klublara şərtlərini bildirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Norveç millisinin üzvü astronomik məbləğdə maaş qarşılığında nəhənglərdən birinə keçmək niyyətindədir.

21 yaşlı forvard mövsümün sonunda keçəcəyi yeni komandasında illik məvacibinin 36 milyon avro olmasını istəyir. Bu tələbi qarşılayacaq tərəf onu heyətinə qatmağa bir addım yaxın olacaq.

Qeyd olunur ki, Erlinq Halandın transferində "Mançester Yunayted", "Real", "Barselona", "Çelsi", "Mançester Siti" və "Bavariya" maraqlıdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.