İdman

Xəyanət etdi, xanımından üzr istədi: “Səni sevirəm, məni heç zaman tək qoyma” - FOTOlar

23 Oktyabr 2021 14:00
0 Şərh     Baxış: 2 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin argentinalı ulduzu Mauro İkardi öz sosial şəbəkə hesabında həyat yoldaşı və meneceri Vanda Nara barədə paylaşım edib.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, daha əvvəl mətbuat hücumçunun xəyanəti səbəbindən cütlüyün ayrıldığını yazırdı.

"Təşəkkür edirəm, sevgilim, bu gözəl ailəyə inanmağa davam etdiyin üçün, həyatımızın mühərriki olduğun üçün çox sağ ol. Mən səni sevirəm.

Sevdiklərimizi incitmək nə qədər ağrılıdır. Yalnız incitdiyiniz insanlardan bağışlanma diləyərkən günahlarınızı yumuş olursuz", - futbolçu həyat yoldaşı ilə paylaşdığı fotoya şərh olaraq yazıb.

Hücumçu növbəti paylaşımını da həyat yoldaşına həsr edib.

Bu dəfə 28 yaşlı futbolçu sevgisini daha qısa formada ifadə edib: "Məni heç zaman tək qoyma"

Vanda Nara sosial şəbəkədə həyat yoldaşının dostluğunu tərk edəndən sonra hələ də İkardinin hesabına abunə olmayıb və futbolçu ilə şəkil paylaşmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.