İdman

Ulduz futbolçunun evi qarət olundu

23 Oktyabr 2021 08:53
0 Şərh     Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un ulduz futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oğrular 27 yaşlı yarımmüdafiəçinin evinə girərək birinci mərtəbədəki pəncərəni sındırıblar.

Mühafizəçi cinayətkarları görən zaman həyəcan siqnalını basıb, ancaq  soyğunçular gizlənərək qızıl-zinət əşyaları götürüblər və yalnız bundan sonra qaçıblar.

Oğurlanan əşyaların dəyəri hələ ki, məlum deyil. Dibalanın bahalı saat kolleksiyasının da oğurlandığı güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.