İdman

Avropa Liqasının bir oyununda 4 və daha çox qol vuranlar - ADLAR

22 Oktyabr 2021 01:15
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən ilk oyun "Lester"in hücumçusu Patson Dakanın şousu ilə yadda qalıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, komandasının Moskva "Spartak"ı ilə səfər matçında 0:2 hesabı ilə geridə düşməsinə baxmayaraq, pokerə imza atan 23 yaşlı forvard qələbənin memarı olub.

Daka turnirin Avropa Liqası adlandırıldığı 2009-cu ildən bəri bir görüşdə 4 və daha çox qol vuran 5-ci oyunçu kimi tarixə düşüb. Zambiyalının rekordu təkrarlamasına isə 1 topu çatmayıb.

Avropa Liqasının bir oyununda 4 və daha çox qol vuran futbolçular...

1. Aritz Aduriz ("Atletik") - 5 qol
2017-ci il, qrup mərhələsi. "Genk" - 5:3

2. Radamel Falkao ("Porto") - 4 qol
2011-ci il, yarımfinal. "Vilyarreal" - 5:1

3. Edinson Kavani ("Napoli") - 4 qol
2012-ci il, qrup mərhələsi. "Dnepr" - 4:2

4. Villian Joze ("Real Sosyedad") - 4 qol
2017-ci il, qrup mərhələsi. "Vardar" - 6:0

5. Patson Daka - 4 qol
2021-ci il, qrup mərhələsi. "Spartak" (Moskva) - 4:3

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.