İdman

Poqba “Mançester Yunayted”lə bağlı qərarı

22 Oktyabr 2021 02:16
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı qərarını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bir müddət əvvəl komandadan ayrılmaq istəyən Fransa millisinin üzvü fikrini dəyişib.

O, Kriştiano Ronaldonun gəlişindən sonra "mankunianlar"da çıxış etmək arzusunu dilə gətirib: "Mançester Yunayted"də oynamağı sevirəm. Ronaldo xüsusi futbolçudur. O, dünyanın ən yaxşılarından biridir və onunla oynamaqdan zövq alıram".

Onun mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməsi gözlənilir. Klub bununla bağlı danışıqları intensivləşdirib.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"in formasını geyinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.