İdman

Qrizmann hakimləri təlxək adlandırdı

22 Oktyabr 2021 03:16
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın atası Alen Qrizmann oğlunun Çempionlar Liqasının qrup mərhələsində "Liverpul"la oyunda qırmızı vərəqə almasına münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fransalının fikrincə, 52-ci dəqiqədəki epizodda hakimlər düzgün qərar verməyib.

O, instaqram səhifəsi vasitəsilə "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin "Porto" ilə görüşdəki kobudluğunu əks etdirən foto ilə oğlunun qırmızı vərəqə almasına yol açan epizodun şəklini birləşdirib. Qrizmann hətta almaniyalı hakimlər briqadasını təhqir də edib: "Eyni hərəkətə görə Zlatan İbrahimoviçə sarı, Qrizmanna qırmızı vərəqə göstərilir. Bir dəstə təlxək".

Alen Qrizmann bir neçə dəqiqə sonra statusu silməli olub.

Qeyd edək ki, Antuan Qrizmann "Liverpul"la görüşdə dubl etsə də, komandası 2:3 hesabı ilə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.