İdman

Tuxel “Çelsi”nin Halandla danışıq apardığını təsdiqlədi

22 Oktyabr 2021 05:16
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Dortmund "Borussiya"sının hücumçusu Erlinq Halandla maraqlandıqlarını etiraf edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, almaniyalı mütəxəssis gənc forvardı yay fasiləsində heyətə qatmağa cəhd etdiklərini vurğulayıb.

O, Norveç millisinin üzvünü mövsümün sonunda almaq perspektivinə də toxunub: "Halandla yay fasiləsi də daxil olmaqla bir neçə dəfə danışdıq. Ancaq sonra bunun real olmadığını gördük. Əlbəttə ki, onun haqqında müntəzəm olaraq danışırıq. Çünki Çempionlar Liqasında Dortmund "Borussiya"sının fantastik oyunçusu və əsas fiqurudur. Lukaku ilə Halandı növbəti mövsüm hücum xəttində düşünürəmmi? İndiyə qədər bunu ciddi müzakirə etməmişik. Görək önümüzdəki bir neçə həftədə nələr olacaq".

Qeyd edək ki, Erlinq Haland "Çelsi" ilə yanaşı, demək olar ki, bütün Avropa nəhənglərinin maraq dairəsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.