İdman

“Liverpul”un Çempionlar Liqasında qolçuları

22 Oktyabr 2021 06:16
0 Şərh     Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında (ÇL) mövsümə 3 qələbə ilə başlayan "Liverpul"da hücumçu Məhəmməd Salah "Atletiko" ilə son matçda rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, səfərdə dublla komandasına 3:2 hesablı qələbə qazandıran misirli forvard "qırmızılar"ın heyətində ÇL-də qol sayını 31-ə çatdıraraq tarixə düşüb.

29 yaşlı oyunçu əfsanəvi kapitan Stiven Cerrardı geridə qoyaraq, klubun ən nüfuzlu turnirdəki yeni bombardiri ünvanını ələ keçirib.

Maraqlıdır, "Liverpul"un Çempionlar Liqasındakı ən məhsuldar digər futbolçuları kimlərdir?

1. Məhəmməd Salah - 31 qol
2. Stiven Cerrard - 30
3. Sadio Mane - 20
4. Roberto Firmino - 18
5. Yan Raş - 14
6. Dirk Kuyt - 12
7. Terri Makdermott - 12

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.