İdman

"Barselona"dan azad agent kimi ayrılır

22 Oktyabr 2021 02:45
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Usman Dembele klubla müqaviləsini yeniləməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu növbəti yay transfer pəncərəsində komandadan ayrılacaq. O, "Nyukasl"a azad agent kimi keçməyi planlaşdırılır. Dembelenin İngiltərə klubunda illik 15 milyon avro + 5 milyon avro bonus məvacib alacağı bildirillib.

"Barselona" 2017-ci ildə "Borussiya"dan (Dortmund) 105 milyon avro + 40 milyon avro bonusa aldığı fransalı oyunçu ilə 2 illik yeni müqavilə imzalamaq istəsə də, futbolçu bunu qəbul etməyib.

Əlavə edək ki, Dembele bu mövsüm hələlik komandası ilə meydana çıxa bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.